Ruslar Donetskin kəndini atəşə tutub, yaralananlar var

Ruslar Donetskin kəndini atəşə tutub, yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunun Krasnohorivka kəndini atəşə tutması nəticəsində üç nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Donetsk Vilayət Prokurorluğu feysbukda açıqlayıb.

Bildirilib ki, əvvəlcə səhər saatlarında Rusiya hərbçiləri yaşayış məntəqəsini artilleriya atəşinə tutaraq iki nəfəri yaralayıblar. Daha sonra eyni bölgəyə aviazərbə endirilib. Nəticədə 70 yaşlı kişi ölüb.

“Sıyrıq, qəlpə yaraları və qançırları olan bütün zərərçəkənlər tibb müəssisəsinə aparılıb”, – prokurorluq diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com