İrlandiyanın növbəti baş nazirinin kim olacağı məlum olub...

İrlandiyanın növbəti baş nazirinin kim olacağı məlum olub...

...Ölkənin elm naziri Saymon Harris İrlandiyanın yeni baş naziri olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Bu, məmur koalisiya hökumətinə daxil olan Fine Gael partiyasının lideri seçildikdən sonra məlum olub.

Qeyd edək ki, 37 yaşlı Harris İrlandiyanın ən gənc baş naziri olacaq. Onun parlamentin aprelin 9-da keçiriləcək növbəti iclasında seçiləcəyi gözlənilir.

Harris respublikada pandemiyanın əvvəlində koronavirusla mübarizəyə verdiyi töhfələrə görə daha çox tanınır.

Martın 21-də Harris bu vəzifə üçün rəqabət aparmaq niyyətini təsdiqlədi və bir gün əvvəl gözlənilmədən istefa verdiyini elan edən partiya lideri Leo Varadkar-a təşəkkür etdi.

Onu da qeyd edək ki, Saymon Harris son yeddi il ərzində Fine Gael-ə rəhbərlik edir.

…2025-ci ilin martına planlaşdırılan ümumi seçkilərdə koalisiyanı məğlubiyyətdən xilas etmək üçün yeni baş nazirin təxminən bir il vaxtı olacaq. Əsas rəqib Şimali İrlandiya ilə birləşmənin tərəfdarı olan müxalifət partiyası Sinn Fein ola bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə