Polis bölməsinə hücum edənlər zərərsizləşdirilib...

Polis bölməsinə hücum edənlər zərərsizləşdirilib...

...Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları qumbara ilə silahlanıb polis bölməsinə hücum edən şəxsi saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə News.am yazır.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sözlərinə görə, həmin şəxs hazırda Yerevan Nor Nork polisinin binasındadır.

O, saxlanılan şəxsin nə tələb etdiyini hələlik dəqiq deyə bilməyəcəyini bildirib.

Hücum edənlərdən iki nəfəri yaralanıb və tibb müəssisəsinə aparılıblar.

Xatırladaq ki, daha əvvəl polis xəbər vermişdi ki, saat 17:00 radələrində 3 silahlı vətəndaş qumbaraatandan istifadə etməklə Yerevanın Nor Nork rayonunun polis şöbəsinin inzibati binasına soxulmağa cəhd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə