İstanbulun simvolları Pakistanın ağ-yaşıl rənglərinə büründü

İstanbulun simvolları Pakistanın ağ-yaşıl rənglərinə büründü

İstanbulun simvollarından olan Fatih Sultan Mehmet (FSM) və Yavuz Sultan Səlim (YSS) körpüləri Pakistan Milli Günü münasibətilə yaşıl və ağ rənglərlə işıqlandırılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

FSM və YSS körpüləri 23 Mart - Pakistan Milli Gününə diqqət çəkmək üçün yaşıl və ağ rənglərə bürünüb. Hər iki körpüdə 23 mart gecəsi hava qaraldıqdan sonra başlayan işıqlandırma səhərə qədər davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə