Rusiyada Kuybışev Neft Emalı Zavoduna edilən hücumun videosu yayılıb
Dronlar hədəfi vurub

...Rusiyada PUA-lardan birinin Samara vilayətində Kuybışev neft emalı zavodunu vurması ilə bağlı video yayılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hücum martın 23-də səhər saatlarında baş verib.

Samaradakı neft emalı zavoduna hücum nəticəsində AVT-4 bloku zədələnib və zavodun istehsal dövrü dayandırılıb.

“obozrevatel.com”-un yazdığı kimi, hadisə şahidi zərbəni lentə alıb.

Görüntülər bazar günü, martın 24-də rusların Telegram kanalları tərəfindən paylaşılıb.

Videoda təyyarə tipli dronun uçuşu əks olunub.

O, kifayət qədər aşağıdan müəssisəyə uçur və hədəfi vurur - partlayış kamerada aydın şəkildə qeydə alınıb.

Bu zaman Rusiya neft emalı zavodunda artıq nəsə yanırdı və tüstülənirdi, təbii ki, başqa bir dronun hücumundan sonra...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə