Harris, İsrailin Rəfahı işğal etməsinin nəticələrini istisna etməyib..?
...ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyata başlayacağı təqdirdə Ağ Evin Təl-Əviv üçün “nəticələrini” istisna etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, Kamala Harris bunu bazar günü, martın 24-də ABC telekanalına müsahibəsində bildirib.
...Sizin rəhbərliyiniz üçün qırmızı xətt varmı?
Bunu Harrisdən telekanalın aparıcısı soruşdu.
Vitse-prezident bir neçə saniyə düşündükdən sonra cavab verib: “Rəfahda hərbi əməliyyat böyük səhv olardı... Həm oraya köçmək, həm də istənilən hərbi əməliyyat.”
...Sonra aparıcı soruşdu ki, İsrail Amerikanın xəbərdarlığına əməl etməsə nə baş verəcək və Harris ABŞ-dan Təl-Əviv üçün nəticələri istisna edibmi?
…Mən heç nəyi istisna etmirəm, deyən Harris, xatırladıb ki, Rəfahda 1,5 milyon fələstinli var.
...Bundan əvvəl BMT İsrailin Rəfahı işğalının kütləvi insan tələfatına və çoxlu sayda qaçqına səbəb olacağını bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB