İrəvanda silahlı şəxslər polis bölməsinə soxulublar
Atışma başlayıb..?

...Artıq xəbər verildiyi kimi, Ermənistanın paytaxtı İrəvanda bu gün, martın 24-də naməlum şəxslər silahla polis bölməsinə soxulublar.

Bundan sonra həyətdə atışma və partlayışlar baş verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Şamşan və News.am nəşrləri xəbər verir.

Qeyd olunur ki, insident İrəvanın şimalında, Nor-Nork ərazisində baş verib.

İlkin olaraq bir nəfərin yaralandığı bildirilir.

…Ehtimal olunur ki, bu gün iyirmidən çox iştirakçı polis tərəfindən saxlanıldıqdan sonra hücumu “Döyüş Qardaşlığı” təşkilatının üzvləri həyata keçirə bilər.

Jurnalistlərin sözlərinə görə, “Döyüş Qardaşlığı” üzvləri öz üzvlərinin azadlığa buraxılmasını tələb edirlər.

Onlar, əks halda qumbaraatanları partlatmaqla hədələyirlər. Armlur nəşri yazır ki, polis idarəsi yaxınlığında qumbara partlayıb, ilkin olaraq orada yaralılar və şüşələr sındırılıb. Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və qırmızı berelilər gətirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə