Polşa Rusiyadan raketlə bağlı izahat tələb edəcək

Polşa Rusiyadan raketlə bağlı izahat tələb edəcək

Varşava Rusiya raketinin Polşanın hava məkanını pozması ilə bağlı Moskvadan izahat tələb edəcək. Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bazar günü, martın 24-nə keçən gecə Rusiya tərəfindən Ukraynaya doğru atılan raket Polşanın hava məkanına daxil olub və orada 39 saniyə qalıb.

...Biz Rusiya Federasiyasını Ukrayna sakinlərinə və ərazisinə qarşı terror hücumlarını dayandırmağa, müharibəyə son qoymağa və ölkənin daxili problemlərini həll etməyə çağırırıq.

Bu Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, raket Ukrayna ilə sərhədə yaxın Ocerdov şəhəri yaxınlığında hava məkanına düşüb.

Qeyd edək ki, Polşa silahlı qüvvələrinin operativ komandanlığı rus qoşunlarının hərəkətlərini gərgin kimi qiymətləndirib. Təyyarə Polşanın sərhədyanı rayonlarının təhlükəsizliyini izləyib və təmin edib.

...Rusiya tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə