...Britaniya Rusiya liderı Vladimir Putinə xəbərdarlıq edir ki, Moskva vilayətində baş verən terror aktını müharibəni qızışdırmaq üçün bəhanə kimi istifadə etməsin.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xəbəri “The Telegraph” yayıb.
Böyük Britaniyanın yüksək vəzifəli təhlükəsizlik mənbəsi deyir ki, Putinin Ukraynanı günahlandırmaq istəyi təəccüblü deyil, çünki o, Rusiya daxilində heç bir fikir ayrılığı olmadığını iddia edərək rus xalqını daha da aldatmağa çalışır.
…Putin bu uydurma əlaqədən Ukraynada qeyri-qanuni müharibəsini gücləndirmək üçün heç bir səbəb kimi istifadə etməməlidir.
Bunu mənbələr bildirirlər.
İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisiya Kearns qeyd edib ki, Rusiya mediası Ukraynanı ittiham etmək və Putinə növbəti vəhşiliklər üçün bəhanə təqdim etmək məqsədilə Ukrayna rəsmilərinin saxta videolarını yayıb.
…Əslində isə, Ukrayna ilə hər hansı bir əlaqənin əlamətləri və onların iştirakını sübut edəcək heç bir mötəbər dəlil yoxdur.
Bunu da ingilis komitə rəhbəri bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB