Rusiyadakı faciə qurbanlarının sayı AÇIQLANDI

Rusiyadakı faciə qurbanlarının sayı AÇIQLANDI

"Crocus City Hall"da baş verən terror aktı 3-ü uşaq olmaqla 133 nəfərin həyatına son qoyub. SİA xəbər verir ki, bu barədə Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

“Terror aktı nəticəsində 285 nəfər (o cümlədən səkkiz uşaq) yaralanıb, onlardan 133 nəfər (o cümlədən üç uşaq) həlak olub. 114 nəfər tibb müəssisələrinə aparılaraq xəstəxanalara yerləşdirilib, onlardan 4-ü uşaqdır”, - məlumatda deyilir.

Daha əvvəl Moskva vilayətinin Səhiyyə İdarəsi Crocus City Hall-da törədilən terror aktı nəticəsində 140 nəfərin yaralandığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə