Çinin xam neft hasilatı bu ilin ilk iki ayında sabit artım nümayiş etdirib. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin Milli Statistika Bürosunun məlumatına görə, yanvar-fevral aylarında hasilat illik müqayisədə 2,9 faiz artaraq, 35,11 milyon ton təşkil edib.
Bu dövrdə Çinin xam neft idxalı da sürətlə artıb. Belə ki, iki ayda illik 5,1 faiz artımla, 88,31 milyon ton xam neft idxal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB