Bəzi ruslar ölkədə ölüm hökmünün qaytarılmasını tələb edirlər

Bəzi ruslar ölkədə ölüm hökmünün qaytarılmasını tələb edirlər

...Dövlət Duması və Federasiya Şurası ölüm hökmü ilə bağlı "Konstitusiya Məhkəməsinin qərarlarını aşa bilməz".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas teleqram kanalında yazıb.

Qeyd edək ki, bundan əvvəl Beslandakı məktəbə hücumdan sonra Rusiya tarixində ən çox qurban verilən Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar Kremlyönlü mövqeyə malik bir sıra siyasətçi və şərhçilər Rusiyada edam cəzasını, heç olmasa terrorizmlə bağlı cinayətlərdə geri qaytarılmasını tələb edirlər.

Qeyd edək ki, indi Rusiyada ölüm hökmünə qeyri-müəyyən moratorium qoyulub. 19 noyabr 2009-cu ildə Rusiya Konstitusiya Məhkəməsi Rusiyada heç bir məhkəmənin daha ölüm hökmü çıxara bilməyəcəyinə dair qərar qəbul edib. O, Konstitusiyanın Rusiyada ölüm cəzasının “ləğv olunana qədər” mövcud olması və bütövlükdə qanunvericiliyin onun tam ləğvinə yönəldiyi müddəasına istinad edib.

...Mövcud Konstitusiyada deyilir ki, “ölüm cəzası ləğv edilənədək federal qanunla təqsirləndirilən şəxsə işinə andlı iclasçılar tərəfindən baxılmaq hüququnu təmin etməklə, həyat əleyhinə xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi müəyyən edilə bilər”.

Cinayət Məcəlləsində insanların öldürülməsi ilə bağlı bir sıra cinayətlərə görə ölüm cəzasının təyin edilməsi imkanları saxlanılır (lakin terrorizm haqqında maddədə belə cəzanın mümkünlüyü nəzərdə tutulmur), amma praktikada məhkəmələr ölüm hökmü vermirlər.

Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkin bəyan edib ki, ölüm hökmünün bərpası yalnız yeni Konstitusiyanın qəbulundan sonra mümkündür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə