Hamilə Olimpiya çempionu terror aktı zamanı "Crocus City Hall"da olub

Hamilə Olimpiya çempionu terror aktı zamanı "Crocus City Hall"da olub

...Çoxnövçülük idman gimnastikası üzrə Olimpiya çempionu Liliya Axaimova terror ərəfəsində “Crocus City Hall” ticarət mərkəzində olduğunu deyir.

SİA-nın əldə etdiyi məlumata görə, 27 yaşlı rusiyalı qadın fitnes klubda olduğunu və yemək üçün ticarət mərkəzinə getdiyini bildirib.

...İnsanlar sadəcə olaraq ticarət mərkəzindən qaçdılar. Tıxaclar başlamamış sakitcə binadan çıxdım, maşına oturdum və uzaqlaşdım.

...Mənə sakit olmağı öyrədiblər, amma hamıya sakitcə ticarət mərkəzini tərk etmək deyiləndə bir az qorxulu olur, insanlar başlarının üstündə yersiz qaçmağa başlayırlar. Hamı itələyirdi, amma mən yıxılmamaq üçün ehtiyatla yeriməyə çalışdım.

Qeyd edək ki, Axaimova martın 22-də İnstaqramda nişanlısı, keçmiş futbolçu Janis Linda ilə hamiləliyindən danışdığı videonu yayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə