ABŞ BMT Təhlükəsizlik Şurasındakı hərəkətləri ilə İsrailə təzyiqi artırıb?
İsrail üçün strateji itki..?

...Prezident Cozef Bayden administrasiyası cümə günü Birləşmiş Millətlər Təşkilatında “istədiyini əldə etdi” və təbii ki, İsrail bunun əvəzini ödəməli olacaq..?

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” yazır.

Deməli, İsrailin hərəkətlərini dəstəkləməsinin tənqidindən bezən ABŞ Təhlükəsizlik Şurasının 15 səsindən 11-ni qazanmaq üçün “kifayət qədər İsrail əleyhinə” olan atəşkəs qətnaməsini təklif etdi.

Amma buna baxmayaraq, Rusiya və Çin veto hüququndan istifadə edərək ABŞ-ın təqdim etdiyi layihəni blokladılar. Qeyd edək ki, Vaşinqtonda bu, Moskva və Pekinin HƏMAS-ı qınamaq istəməməsi ilə əlaqələndirilirdi.

…“Mənasız səslər” qazanmaq üçün Bayden administrasiyası ilkin qətnaməsinə yenidən baxdı. ABŞ-ın son layihəsi mülki insanları qorumaq və artan yardımı asanlaşdırmaq üçün “dərhal və davamlı atəşkəsə ehtiyacı müəyyən edir”, lakin israilli girovları azad etmək üçün mütləq deyil.

…Və nəticədə Təhlükəsizlik Şurası HƏMAS-ı qınamadan humanitar yardımın həcminin artırılmasını tələb edən qətnamə qəbul etdi.

Qeyd edək ki, ABŞ və Rusiya səsvermədə bitərəf qalıb. Sonda Birləşmiş Ştatlar gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi “dərhal atəşkəs” dilini möhkəmləndirərək kiçik diplomatik qələbə qazandı(?).

Maraqlıdır ki, “The Wall Street Journal” bunu HƏMAS-ı məhv etmək məqsədinə hələ çatmayan İsrail üçün strateji itki adlandırır.

Baydenin İsrailə təzyiqi hətta ABŞ-ın İsrailin planlarını tamamlamasına mane olacağı ehtimalı altında qalan girovların azad edilməsi ilə bağlı razılaşmadan imtina etməkdə HƏMAS-ın qətiyyətini gücləndirə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə