...Bu arada Moskva vilayətinin qubernatoru Aleksey Vorobyov, “Crocus City Hall”-da terror aktı baş verən yerdə xilasetmə əməliyyatı başa çatdığını desə də, amma axtarışların hələ də davam etdiyini də gizlətməyib.
...Bu gün (artıq-dünən-A.B.) xilasedicilər auditoriyanın böyük təbəqəsini təmizləyiblər. 24 saat ərzində dağıntılar altından 133 cəsəd çıxarılıb, 50 nəfərin şəxsiyyəti ilkin olaraq müəyyən edilib. Qohumlar tərəfindən şəxsiyyətin müəyyənləşdirilməsi qabaqdadır. Xəstəxanalarda həkimlər 107 nəfərin həyatı üçün mübarizə aparır.
SİA-nın əldə etdiyi məlumata görə, vilayət qubernatoru bunu teleqram kanalında yazıb.
...Gecə saatlarında xilasedicilər konsert salonuna girişi asanlaşdırmaq üçün “Crocus City Hall”-ın qərb tərəfində açılış etməyə başlayacaqlar.
Axtarış əməliyyatının ertəsi gün, martın 24-də axşam saatlarında başa çatdırılması şərti olaraq planlaşdırılır. Bundan sonra ticarət mərkəzindəki dayanacaqda qalan avtomobillərin məsələsi həll olunacaq.
Bir daha xatırladaq ki, “Crocus City Hall”-da terror aktı bir gün əvvəl, martın 22-də “Piknik” qrupunun çıxışından əvvəl baş verib.
Belə ki, bir qrup naməlum şəxs binaya soxularaq oradakı insanlara atəş açıb və gözdən itiblər.
Terror aktı başlayanda musiqiçilər soyunub-geyinmə otaqlarında olublar, onlar təxliyə edilib. Hələ ki, 133 nəfərin həlak olduğu, daha 140 nəfərin isə yaralandığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB