Serb Respublikası Prezidenti Milorad Dodik Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq martın 24-nün matəm günü elan ediləcəyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Dodik vurğulayıb ki, bu yolla respublika terror aktı nəticəsində həlak olan rusların xatirəsini ehtiramla yad etmək, eləcə də dost Rusiya xalqı ilə həmrəylik nümayiş etdirmək niyyətindədir.
Bundan əvvəl Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyib. O, terror aktı zamanı yaralananların tezliklə sağalmasını arzulayıb, həmçinin, fikirlərinin həlak olanların yaxınlarının yanında olduğunu bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB