Dövlət Departamenti amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırıb

Dövlət Departamenti amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırıb

Amerika hakimiyyəti “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həmvətənlərinin zərər çəkib-çəkmədiyini öyrənir və onlara Rusiyanı tərk etməyi tövsiyə edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a Dövlət Departamentinin nümayəndəsi bildirib.

...ABŞ Dövlət Departamenti martın 22-də Moskvada törədilən terror aktı nəticəsində ölən və yaralananlarla bağlı səmimi başsağlığı verir.

Bunu amerikalı nümayəndə bildirib.

...Biz vəziyyəti diqqətlə izləyirik və ABŞ vətəndaşlarının zərər çəkdiyini müəyyən etməyə çalışırıq. Biz konsulluq yardımı göstərməyə hazırıq.

Bundan əlavə biz Moskvadakı ABŞ vətəndaşlarını yerli təhlükəsizlik rəsmilərinin göstərişlərinə əməl etməyə, xəbərləri izləməyə çağırırıq. Yerli mediada və ətraf mühitə diqqətli olun.

Dövlət Departamenti həmçinin hesab edir ki, “ABŞ vətəndaşları Rusiyaya gəlməməlidir, Rusiyada yaşayan və ya bu ölkəyə səyahət edənlər isə dərhal ölkəni tərk etməlidirlər”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə