Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
SİA xəbər verir ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB