...Həştərxan sakini lal-kar qızlara qarşı cinsi zorakılıq və onlara işgəncə verilməsi işi üzrə 20 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, 39 yaşlı kişi iki azyaşlıya qarşı 103 cinsi zorakılıq epizodunu törətməkdə təqsirli bilinib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cinayətlər 2017-ci ilin yanvarından 2023-cü ilin fevralınadək Həştərxan və Tambovda törədilib.
Qeyd edək ki, pozğun “kişi”nin qurbanları 2011 və 2013-cü il təvəllüdlü kar-lal qızları olub.
Məhz buna görə də, Həştərxan Vilayət Məhkəməsi həmin şəxsi 20 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB