“Crocus City Hall”-da qurbanların sayı 140 nəfərə çatıb. Bu məlumatı Moskva vilayətinin Səhiyyə İdarəsi təqdim edir.
31 nəfər ambulator müalicə alır, 3 nəfər xəstəxanadan buraxılıb.
Axtarış işləri və dağıntıların təmizlənməsi hələ də davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının İstintaq Komitəsi bildirir.
Qeyd edək ki, şöbə qurbanların sayının hələ də arta biləcəyini bildirib - dağıntılar altında insanlar tapılmaqdadır, iş daha bir neçə gün davam edəcək.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus Sity Holl”un konsert zalına avtomatlarla silahlanmış naməlum şəxslər soxularaq atəş açıblar.
Məhz o vaxt konsert zalında “Piknik” qrupunun çıxışı başlamalı idi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB