Rejissor Kusturitsa Rusiya düşmənlərinin məqsədindən danışıb

Rejissor Kusturitsa Rusiya düşmənlərinin məqsədindən danışıb

…Rusiyanın düşmənləri öz vətəndaşlarını normal həyatdan məhrum etməyə çalışırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu serbiyalı rejissor, “Spirit of Fire” festivalının prezidenti Emir Kusturitsa bildirib.

Kinorejissorun sözlərini TASS sitat gətirir.

…Uqrada olan Kusturitsa bildirib ki, Rusiyanın düşmənlərinin məqsədi onun sakinlərinin normal yaşamasına mane olmaqdır.

…Buna görə də Moskva vilayətində terror aktı nəticəsində həlak olan insanlar da müharibənin qurbanı olublar, baxmayaraq ki, onların heç bir əlaqəsi yoxdur…

Qeyd edək ki, bundan əvvəl Uqrada Kusturitsanın sədrliyi ilə “Alov ruhu” beynəlxalq kinofestivalının açılış mərasimi ləğv edilmişdi.

Bildirilib ki, festival proqramının qalan hissəsi məhdud sayda iştirakçı ilə keçiriləcək.

Xatırladaq ki, Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Uqrada da bütün əyləncə tədbirləri ləğv edilib və terrorla mübarizə tədbirləri gücləndirilib.

Bu tədbirlər martın 23-də paytaxtın “Crocus City Hall”-da terrorçuların onlarla insanı güllələdiyi terror aktından sonra həyata keçirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə