Amerika Birləşmiş Ştatları (ABŞ) İranın dəstəklədiyi husilərə məxsus 4 pilotsuz uçuş aparatına (PUA) hücum edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıqlamada ABŞ-ın dünən yerli vaxtla 04.22-23.10 arasında Yəməndə husilərə aid 4 PUA-ya hücum etdiyi bildirilib.
Bu arada Yəməndə husilərin nəzarətində olan bölgələrdən Qırmızı dənizə doğru 4 ədəd gəmi əleyhinə ballistik raketin atıldığı açıqlanıb və ABŞ gəmilərinə heç bir ziyan dəymədiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB