İraqın şimalında 12 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 12 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 12 PKK terrorçusu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terror yuvalarını məhv etməyə davam etdiyi bildirilib.
"Pəncə-Kilid əməliyyatı çərçivəsində İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 12 PKK terrorçusu zərərsizləşdirilib. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz qətiyyətlə terror yuvalarını məhv etməyə davam edəcək",-açıqlamada qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə