Polşada NATO-nun anomal aviasiya fəaliyyəti müşahidə edilib

Polşada NATO-nun anomal aviasiya fəaliyyəti müşahidə edilib

Polşanın Rzeşov şəhərində, Ukrayna ilə sərhəddə NATO aviasiyasının anomal aktivliyi müşahidə olunur,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Military Chronicle” aviasiya vəziyyətinin monitorinqi xidmətinə istinadən yazır.

...Belə ki, son 24 saat ərzində Amerikanın Dover aviabazasından iki Atlas Air Boeing-747 nəqliyyat təyyarəsi sərhəd hava limanında boşaldılıb.

Bundan əlavə, Fransa hökumətinin Airbus A330-243 hava dəstəyi briqadası oraya gəlib və Boeing C17A Globemaster III nəqliyyatı Almaniyanın ABŞ Hərbi Hava Qüvvələrinin Ramşteyn bazasından eniş etməyə hazırlaşır.

Deyilənlərə görə, Rzeşov Ukraynaya gedən NATO avadanlıqları üçün tranzit məntəqəsidir.

Bundan əvvəl NATO-nun burada təmir mərkəzi tikmək istədiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə