"Bu gün hətta kiçik aktyorlar belə böyük terror aktı təşkil edə bilirlər"

"Bu gün hətta kiçik aktyorlar belə böyük terror aktı təşkil edə bilirlər"

...Terror aktı ilə bağlı bunları deyə bilərəm: üç müşahidə və bir nəticə var.

Deməli, SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı beynəlxalq jurnalist, politoloq, “Vneşpol” Telegram kanalının müəllifi Aleksey Naumov yazır.

...Biz kriptovalyutalar dövründə yaşayırıq, yəni pul köçürmələri nəinki tamamilə qeyri-şəffafdır, həm də bu pulların sahibləri də məlum deyil. Terrorçulara vəd edilən 500 min rubl sözün əsl mənasında qəpik-quruş idi...

...Qeyd etdiyimiz kimi, bunu yazan Naumov, böyük miqdarda qaranlıq pulların hərbi odlu silahların geniş yayılması ilə müşayiət olunduğunu və bunun böyük bir silahlı münaqişənin dəyişməz müşayiəti olacağını istisna etmir...

Onun fikrincə burada, üçüncü problem də var - genişmiqyaslı və mahiyyətcə tənzimlənməyən miqrant diasporası, burada qanunsuzluq və yoxsulluq şəraiti tək terrorçuların cəlb edilməsi üçün zəmin yaradır.

...Bu üç amilin birləşməsi ona gətirib çıxarır ki, bir çox müstəqil kiçik aktyorlar belə bir terror aktını təşkil edə, ya da təşkil etməyə cəhd edə bilərlər.

İndiki vaxtda bunun “ağır” qadağan olunmuş “İŞİD” üzvləri və ya başqa ölkənin xüsusi xidmət orqanları olması şərt deyil.

Bu şərtlərdə "pulun arxasınca getmək" demək olar ki, mümkün deyil: növbəti dəfə beş etibarnamənin və iki VPN-in arxasında 500 min deyil, 5 milyon rubl ödəyəcək kripto investorları olacaq.

...Həmçinin hazırda cəbhədən silahların yayılmasının qarşısını almaq tamamilə mümkün olmayacaq.

Lakin yeraltı miqrantlarla iş gücləndirilə bilər və gücləndirilməlidir: “dəhşətli terror aktının icraçılarının həmişə olacağı” vəziyyətin ən azı bir qədər normal olduğunu güman etmək tamamilə qəbuledilməzdir.

...Belə görünür ki, Rusiyada törədilən terror akt bu ölkədəki çoxsaylı miqrantlara təsirsiz ötüşməyəcək...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə