...Əfqanıstandakı “Taliban” rəsmiləri azı 133 nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnən Moskva hücumunu kəskin şəkildə pisləyib.
SİA-nın əldə etdiyi məlumata görə, “Taliban” hökumətinin Xarici İşlər Nazirliyi, "İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü Moskvada törədilən terror aktını qəti şəkildə pisləyir və bunu bütün insan standartlarının kobud şəkildə pozulması hesab edir".
Qeyd edilir ki, bunu nazirliyin sözçüsü Əbdül Qahar Balkhi sosial media saytında yazıb.
Onu da qeyd edək ki, “Taliban” 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra “İŞİD” Əfqanıstanda tez-tez hücumlar təşkil edir.
Yeri gəlmişkən, martın 21-də Qəndəhardakı bir bank yaxınlığında 19 “Taliban” əməkdaşının ölümü ilə nəticələnən hücumu da “İŞİD” öz üzərinə götürüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB