Türkiyə Diyanət Vəqfi (TDV) Ramazan ayı münasibətilə Qərbi Afrika ölkələrindən olan Liberiyadakı aztəminatlı 1000 ailəyə ərzaq bağlaması paylayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Diyanət Vəqfinin Liberiyadakı komandası paytaxt Monroviya ilə yanaşı, Lofa, Bomi və Bong bölgələrində yaşayan yüzlərlə ailəyə düyü, şəkər, yağ, makaron, un və duzdan ibarət bağlamalar çatdırıb.
Ərzaq bağlaması alan bölgə sakinləri Türkiyəyə və türk xalqına minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB