Kadırov terrorçuların “Axmat” alayı tərəfindən yaxalandığını deyir...
Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırovun dediyinə görə, guya “Crocus City Hall”-da terror törədənlər məhz “Axmat” alayının əsgərləri tərəfindən yaxalanıb.
Onun sözlərinə görə, əməliyyatda Bryansk vilayətində yerləşən və Rusiya dövlət sərhədinin mühafizəsini təmin edən çeçen döyüşçüləri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, Çeçenistan rəhbəri özünün Teleqram kanalında qeyd edib ki, döyüşçülər səhər saat üç radələrində terrorçuları axtardıqları yerə gəlib və ərazini daramağa başlayıblar.
...Risklərə baxmayaraq, qatilləri diri tutmaq tapşırığı uğurla yerinə yetirilib.
Deməli, bunu Kadırov yazıb və əlavə edib ki, təhlükəsizlik qüvvələrinin heç biri də xəsarət almayıb.
Qeyd edək ki, Ramzan söz də verib, “Axmat” döyüşçülərinə dövlət mükafatları təqdim olunacaq.
Bundan əlavə, Kadırov terrorçuların taleyindən danışıb. ...Harada oluruqsa olsun, biz belə şeytanları, terrorçuları və satanistləri axtarıb yox edəcəyik.
Bunu da Kadırov deyib.
Xatırladaq ki, Krasnogorsk “Crocus City Hall”-da martın 22-də axşam saatlarında atışma və yanğın olub.
İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.
Hazırda 133 qurbanın adı məlumdur.
Hadisə yerində axtarış işləri hələ də davam edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB