İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Əqsa məscidində Ramazan ayının ikinci cümə gecəsində 100 min insanın təravih namazı qıldığı bildirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Qüds İslam Vəqfləri İdarəsinin yaydığı yazılı açıqlamada işa və təravih namazlarına 100 min müsəlmanın qatıldığını bildirib.
İsrail polisi 2023-cü il oktyabrın 7-dən bəri fələstinlilərin Əqsa məscidinə daxil olmasına icazə verməyib.
İsrail polisi ilə Əqsa məscidinə buraxılmayan fələstinlilər arasında qarşıdurma olub. İsrail polisinin fələstinlilərə gözyaşardıcı qazla müdaxilə etdiyi bildirilib.
İsrail polisinin məhdudiyyətləri qismən aradan qaldırmasından sonra Ramazan ayının gəlişi ilə dünən 120 min adam Əqsa məscidində cümə namazı qılıb.
İşğal altındakı İordan çayının qərb sahili ilə Qüds arasında 2003-cü ildə tikilmiş divar boyunca İsrailin çox sayda hərbi nəzarət məntəqələri var.
İsrail xüsusi icazəsi olanlar istisna olmaqla, İordan çayının qərb sahilindəki fələstinlilərin adi günlərdə Qüdsə keçməsinə icazə vermir.
Şərqi Qüds və İordan çayının qərb sahili 1967-ci ildən etibarən İsrailin işğalı altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB