Türkiyə Ali Məhkəməsinə seçkilər keçiriləcək

Türkiyə Ali Məhkəməsinə seçkilər keçiriləcək

Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarcanın 4 illik səlahiyyət müddəti bitdiyi üçün yeni sədr seçkiləri martın 25-də keçiriləcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 mart 2020-ci ildə Türkiyə Ali Məhkəməsinin sədri seçilən Akarcanın 4 illik səlahiyyət müddəti sabah başa çatır.

Bu çərçivədə 348 Ali Məhkəmə üzvü 4 il vəzifə yerinə yetirəcək Ali Məhkəmə sədrini təyin etmək üçün 25 Mart Bazar ertəsi günü sandıq başına gedəcək.

Akarca da daxil olmaqla, Ali Məhkəmə üzvlərinin hər biri sədrlik üçün namizəd ola bilər. Namizədlər seçilmək üçün 348 üzvün mütləq əksəriyyətinin səsini almalıdırlar. Əgər namizədlərdən heç biri mütləq səs çoxluğu əldə etməsə, seçkilər davam edəcək.

Dördüncü və beşinci səsvermədə mütləq səs çoxluğu əldə olunmasa, yenidən namizədlik üçün müraciət edənlərlə seçkilər təkrarlanacaq. Bu seçkilərdə üzvlərin ümumi sayının mütləq əksəriyyəti iştirak etməlidir.

Namizədlər arasında Ali Məhkəmənin sədri Akarcanın və terrorla bağlı işlərin apellyasiya şikayətlərinə baxılmasından məsul olan Ali Apellyasiya Məhkəməsinin 3-cü Cəza Kollegiyasının rəhbəri Muhsin Şentürkün də olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə