Beynəlxalq Kriminal Polis Təşkilatının (İNTERPOL) baş katibi Yurgen Stok Moskvadakı terror aktının araşdırılmasına dəstək verməyə hazır olduqlarını bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, INTERPOL-un baş katibi Yurgen Stok sosial media hesabında Rusiyanın Moskva vilayətində konsert salonunda törədilən və 93 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı paylaşım edib: "Mən Crocus City Hall-a hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli bir hərəkət idi. “INTERPOL Rusiya hakimiyyət orqanları tərəfindən aparılan araşdırmalara dəstək verməyə hazırdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB