Moskvada baş verən terror aktına reaksiyalar davam edir

Moskvada baş verən terror aktına reaksiyalar davam edir

Fransa hakimiyyəti dünən Moskvada baş verən terror aktına reaksiya verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Cinpin Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib.

Fransa Xarici İşlər Nazirliyinin X sosial media platformasında verdiyi açıqlamada "Moskvadan gələn görüntülər dəhşətlidir. Qurbanların, yaralananların və rus xalqının yanındayıq. Bu iyrənc hərəkətlərə hər cür aydınlıq gətirilməlidir" deyə bildirilib.

Çin prezidenti Si Cinpin də Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını pisləyib. Prezident rusiyalı həmkarı Vladimir Putinə başsağlığı mesajında çoxlu insan tələfatına səbəb olan hücumdan şoka düşdüklərini bildirib.

Çinin hər cür terrora qarşı olduğunu bildirən prezident hücumu şiddətlə qınadıqlarını və Rusiya hökumətinin milli təhlükəsizlik və sabitliyi qorumaq səylərini dəstəklədiklərini vurğulayıb.

Çin hökuməti və xalqı adından həyatını itirənlərə kədərləndiyini bildirən Xi mərhumun yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə