Türkiyənin yeni peyki iyulda kosmosa göndəriləcək - FOTOLAR

Türkiyənin yeni peyki iyulda kosmosa göndəriləcək - FOTOLAR

Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyənin yerli və milli peyki Türksat 6A-nın 8 iyul həftəsində kosmosa göndəriləcəyini bildirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Türksat və Türk Aerokosmik Sənayesi (TAI) əməkdaşlığı ilə ölkəyə gətirilən Türksat 6A peykinin Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzindəki (USET) son vəziyyəti ilə bağlı mətbuata açıqlama verib.

Türkiyənin kosmos texnologiyaları sahəsində 40 illik xəyalının gerçəkləşdiyini deyən Kaçır 1984-cü ildə o zamankı baş nazir Turqut Özalın Türkiyənin kosmosda orbital hüquqlarını qorumağa çalışarkən ODTÜ-də TÜBİTAK UZAY qurduğunu xatırladıb.

Nazir Türkiyənin peyklərini inkişaf etdirməyi hədəflədiyini bildirib: "Türkiyə “öz imkanları ilə yüksək ayırdetmə qabiliyyətinə malik təsvir peykləri inkişaf etdirib istehsal edə bilən ölkələrdən birinə çevrilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə