"ABŞ və İngiltərə hücum olacağından xəbərdar idilər" - ALEKSANDR VUCİC

"ABŞ və İngiltərə hücum olacağından xəbərdar idilər"  - ALEKSANDR VUCİC

Serbiya prezidenti Aleksandr Vucic Rusiyanın paytaxtı Moskvada konsert salonuna silahlı hücumdan ABŞ və İngiltərənin əvvəlcədən bildiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə və rus xalqına başsağlığı verən Vucic açıqlamasında “Bir şeyi dəfələrlə demişik, amma çox az adam eşitmək və inanmaq istəyib, az adam faktlara baxıb. Martın 7-də ABŞ (Moskva) "Səfirlik öz vətəndaşlarına müraciət edəndə, ticarət mərkəzlərinə getməməyə çağıranda, ingilislər və başqaları da belə etdilər. Deməli, onların xüsusi xidmət orqanları bəzi söhbətləri dinləyir, məlumat alırdılar və bilirdilər ki, bu baş verəcəkdi” deyə qeyd edib.

Vucic Moskvada baş verən hadisənin ölçülməz nəticələrə səbəb ola biləcəyini bildirib və Serbiya Milli Təhlükəsizlik Şurasının sabah toplanmasına çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə