Türkiyə Milli Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə Şöbəsi rerror təşkilatı DEAŞ-a qarşı əməliyyatlar həyata keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbul və Yalovada DAİŞ terror təşkilatı tərkibində fəaliyyət göstərən 13 şübhəli tutulub.
Aksarayda DEAŞ terror təşkilatı tərkibində fəaliyyət göstərən 3, Boluda 1, Qaziantepdə 2, Kilisdə 1, Sakaryada 2, Samsunda 2 şübhəli yaxalanıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial mediada etdiyi paylaşında "Heç bir terrorçuya göz açdırmayacağıq. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi qətiyyətlə davam etdirəcəyik" ifadəsini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB