Rusiya LGBT hərəkatını terrorçu ve ekstremistlər siyahısına daxil edib
LGBT hərəkatı ilə bağlı Rusiyadan mühüm addım atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya LGBT-ni terrorçu və ekstremistlər siyahısına daxil edib.
LGBT hərəkatı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin 2023-cü ilin noyabrında çıxardığı qərarla LGBT hərəkatı “ekstremist” hesab edilib və fəaliyyəti qadağan edilib.
Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB