Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. SİA xəbər verir ki, şahzadə Keyt Middltondan yeni xəbər gəlib. Middleton bir videoda xərçəng müalicəsi aldığını açıqlayıb. Uzun müddətdir fərziyyələrlə gündəmdə olan Uels pərəstişkarlarını şoka salıb.
Uilyam və şahzadə Keyt Middleton X hesabında paylaşdıqları videoda sağlamlıq vəziyyətini şəxsən izah ediblər. Şahzadə yanvar ayında keçirdiyi qarın əməliyyatının uğurlu olduğunu və vəziyyətinin ilkin olaraq xərçəng olmadığını düşündüyünü söyləyib.
Ancaq Uels şahzadəsi əməliyyatdan sonra edilən testlərdə xərçəng olduğunun aydın olduğunu ifadə edərək, "Əlbəttə ki, bu, böyük bir şok idi, Villiam və mən bunu idarə etmək üçün əlimizdən gələni edirik" deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB