Rusiyada neft emalı zavodunda partlayış oldu

Rusiyada neft emalı zavodunda partlayış oldu

Rusiyanın Samara vilayətində, Novokuybışevsk şəhərindəki neft emalı zavodunda partlayış olub. SİA xəbər verir ki, zavoda dronla hücum edilib. "Samara vilayətində neft emalı zavodunun kolonu dronun düşməsindən sonra yanıb", - "Ria Novosti" yazıb. Xəsarət alanların olmadığı bildirilib.

Qeyd edək ki, Samara vilayəti Rusiyanın Qazaxıstanla sərhədyanı bölgəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə