Tramp Hitleri tərifləyib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp nasist Almaniyasının lideri Adolf Hitleri tərifləyib. SİA xəbər verir ki, bunu Ağ Ev administrasiyasının keçmiş rəhbəri Con Kelli iddia edib.

Onun sözlərinə görə, Tramp söhbət zamanı ona Hitlerin yaxşı işlər gördüyünü deyib. O, Hitlerin iqtisadiyyatı bərpa etdiyini əsas gətirib.

"Bildirdim ki, cənab, bu adam haqda heç vaxt yaxşı bir şey deyə bilməzsiniz", - deyə Kelli vurğulayıb. Qeyd edək ki, Donald Tramp bu iddianı qəti şəkildə təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə