... Moskva vaxtı ilə axşam saat 8-də səhnəyə çıxmalı olan rəqs qrupunun köməkçisi olan Yelena (ad dəyişdirilib) “Crocus City Hall”-a hücumun şahidlərindən biridir.
...Çıxışa 5 dəqiqə qalmış biz uşaqlarla səhnə arxasına getməyə hazırlaşmağa başladıq. Mən səhnə arxasında soyunub-geyinmə otağında idim. Bu zaman atışma səsləri eşitdim.
SİA-nın əldə etdiyi məlumata görə, Yelena bunları BBC-yə deyib.
...Kinoda çalışan bir insan kimi güllə səslərindən qorxmurdum. Əvvəlcə heç nə başa düşmədim. Dediyim kimi, soyunub-geyinmə otağında idik, izdiham yanımızdan keçdi. Biz dəhlizdə səs-küy və qaçış eşitdik, gödəkçələrimizi götürüb camaatla birlikdə küçəyə qaçdıq.
Yelena deyir ki, o və həmkarları xilas edilib,. çünki “Crocus City Hall”-ın mühafizəsiləri bütün çıxışları tez açdılar.
...Təhlükəsizlik hər kəsə peşəkarcasına rəhbərlik etdi və panikaya düşməməyə çağırdı. Mən sadəcə olaraq izdiham tərəfindən sürükləndim. İzdiham konsert zalından bitişik ticarət mərkəzi ilə, oradan isə Pavşinski körpüsü ilə Jivopisnaya sahilinə doğru qaçdı.
Mən artıq körpünün üstündə olanda bina yanırdı. Körpünün qarşısına çıxanlar daha sonra partlayış barədə danışdılar, lakin yanğına dəqiq nəyin səbəb olduğunu] bilmirəm.
Bunu da Yelena əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB