...Moskvada törədilən terror aktına görə məsuliyyəti “İŞİD” terror qruplaşması öz üzərinə götürüb. Bu barədə terror qruplaşmasının rəsmi teleqram kanalında deyilir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu rusların “Vajnoe istorii” nəşri yazsa da, amma o da bir neçə digər mənbə kimi bunun yalan ola biləcəyini iddia edir.
Bu arada Reuters xəbər verir ki, “İŞİD” terror qruplaşması “Crocus City Hall”-a hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Nəşrin iddiasına görə, bunun saxta olduğunu istisna etmək olmaz, çünki internetdə qeyd edildiyi kimi, elanda terror qruplaşmasının artıq istifadə etmədiyi şablondan istifadə edilib.
...Yeri gəlmişkən, hazırda Moskva hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin, Rusiya Dəmir Yolları Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar qatarlarda, vağzal və stansiyalarda, insanların sıx toplaşdığı yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Nəqliyyat təhlükəsizliyinin əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB