Almaniyadakı ukraynalı qaçqınların sayı artaraq 1,65 milyon nəfərə çatıb

Almaniyadakı ukraynalı qaçqınların sayı artaraq 1,65 milyon nəfərə çatıb

...Hazırda Almaniyada 1,65 milyona yaxın ukraynalı qeydiyyatdadır. Martın 12-nə olan məlumata görə, bu, keçən illə müqayisədə təqribən 250 min nəfər çoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, cümə günü, martın 22-də “Der Spiegel” Federal Daxili İşlər Nazirliyinin müxalifətdəki Xristian Demokrat İttifaqından deputat Aleksandr Trom-a verdiyi cavaba istinadən xəbər verir.

...Nəşrin istinad etdiyi hesabata görə, hazırda Rusiyanın hərbi təcavüzündən qaçan Ukrayna vətəndaşlarının sayı Almaniyaya digər ölkələrdən sığınacaq axtaranların sayından çoxdur.

Bu fakta görə Trom hesab edir ki, federal hökumət yeni gələn ukraynalı qaçqınların digər Avropa ölkələrində “daha ​​bərabər paylanması” istiqamətində işləmək üçün təcili vəzifə daşıyır.

...Federal Statistika İdarəsinin məlumatına görə, müharibədən qaçaraq 2022-ci ildən Almaniyada sığınacaq tapmış əmək qabiliyyətli Ukrayna vətəndaşlarının təxminən 80 faizini qadınlar təşkil edir.

Ukraynadan olan qaçqınların Almaniyada işsiz insanlara ödənilən “vətəndaş müavinəti” (Bürgergeld) almaq hüququ var. Belə ki, subaylar ayda 563, evli cütlüklər isə adambaşına 506 avro alırlar.

Bundan əlavə, valideynlər də uşaq müavinəti alırlar - yaşından asılı olaraq hər uşaq üçün ayda 357 avrodan 471 avroya qədər.

Bundan da əlavə, dövlət tibbi sığorta, mənzil və bəzi kommunal xərcləri öz üzərinə götürür, ev mebeli və məktəb ləvazimatlarının alınmasına pul ayırır, dil kurslarının ödənişini həyata keçirir.

Federal maliyyə naziri Kristian Lindnerin sözlərinə görə, 2024-cü il büdcəsində təkcə Almaniyadakı ukraynalıla müavinətlər üçün 5,5-6 milyard avro ayrılacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə