...Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə Ukraynanın “Crocus City Hall”-da baş vermiş faciədə iştirakının olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
Eyni zamanda Kirbi, Amerika tərəfinin vəziyyəti öyrənməyə davam etdiyini də qeyd edib.
...Hazırda atışmada Ukraynanın və ya ukraynalıların iştirakına dair heç bir əlamət yoxdur. Ancaq buna baxmayaraq biz bunu araşdırırıq.
Bunu deyən Kirbi, hadisənin görüntülərini dəhşət adlandırıb. O, ABŞ-ın planlaşdırılan terror aktından xəbəri olmadığını deyir.
Terror yerindən görüntülər sadəcə dəhşətlidir və izləmək çətindir. Düşüncələrimiz şübhəsiz ki, bu dəhşətli, hücumun qurbanları ilə olacaqş
Bunu da Kirbi bildirib.
...Yeri gəlmişkən, “Crocus City Hall"a hücum və atışma nəticəsində ölənlərin sayının artıq 140 nəfərə çatdığı deyilir. Bu barədə SİA-nın bayaq yazdığı kimi Telegram kanalı “112” məlumat yayıb.
Hazırda binada və onun damında baş verən yanğının sahəsinin təxminən 3000 kvadratmetr olduğu bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB