Silahlı hücumun baş verdiyi yanan “Crocus City Hall” konsert zalının damı uçmağa başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər yayıb.
Agentliyin yaydığı kadrlardan görünür ki, konsert zalının dam örtüyü yanır, bəzi yerlərdə çökmələr də baş verir. Binanın şüşə fasadı da dağılır. Hazırda “Crocus City Hall”-da baş verən yanğının söndürülməsinə aviasiya da cəlb olunub.
Qeyd edək ki, martın 22-də axşam saatlarında naməlum şəxslər “Picnic” qrupunun konserti zamanı “Crocus City Hall”da atəş açıb.
Daha sonra binada yanğın başlayıb və partlayışlar baş verib. Hazırda qeyri dəqiq məlumatlara görə, 40 ölü və 100-dən çox yaralı məlumdur.
Hadisə yerinə SOBR, OMON, yanğınsöndürənlər və 70-dən çox təcili tibbi yardım briqadası göndərilib. Faktla bağlı operativ qərargah yaradılıb, cinayət işi başlanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB