...Bu arada Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton Moskvada baş verənlərlə bağlı xəbərlər alır.
...Oradan gələn görüntülər dəhşətlidir və izləmək çətindir. Con Kirbi deyib bunu.
...Nə baş verir? Reallıq budur ki, təxminən 7 min nəfərlik Crocus City Hall konsert zalında böyük terror aktı baş verib. Hazırda yanan binada təxminən 100 nəfər qala biləcəyi ehtimal olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Baza” yazır.
Nəşr yazır ki, onlardan bəziləri -1-ci mərtəbəyə sığına bilər, digərləri isə binanın dördüncü mərtəbəsindəki yanğın nəticəsində çıxışdan kəsilə bilərlər.
Çünki yanan binada dam örtüyü uçub.
...Hər hansı itki varmı? Crocus City Hall-da atışma zamanı 40 nəfərin öldüyü artıq məlumdur. Bunu isə 112 yazır.
Ən azı 100 nəfər yaralanıb.
...Kirbinin sözlərinə görə, Ağ Ev hələ ki, kifayət qədər məlumata malik deyil və Rusiya hakimiyyət orqanlarından təfərrüatları gözləyir.
Xatırladaq ki, ki, martın 8-də ABŞ-ın Moskvadakı səfirliyi mümkün “ekstremistlərin hücumu” ilə bağlı xəbərdarlıq etmişdi və öz vətəndaşlarına konsert salonlarına eləcə də insanların çox olduğu yerlərə getməməyi tövsiyə etmişdi. Rusiya prezidenti Vladimir Putin isə bu bəyanatları “açıq şantaj” adlandırıb.
P.S: Əldə olunan yeni ehtimallara görə, 130 nəfər həlak olub, yüzlərlə yaralı var. Kompleks isə partlayışdan sonra yanır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB