Araban sarımsağı Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alıb

Araban sarımsağı Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alıb

Türkiyənin Qaziantep vilayəti ərazilərində yetişdirilən Araban sarımsağı Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatı alıb.

SİA-nın əldə etdiyi məlumata görə, Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı sosial media hesabında bununla bağlı paylaşım edib.

Qaziantep sərhədlərindən kənarda da şöhrət qazanan ikinci məhsulun Araban sarımsağı olduğunu ifadə edən İ.Yumaklı deyib:

"Aİ-dən coğrafi göstərici qeydiyyatı alan Araban sarımsağı ilə qeydiyyatdan keçən məhsul sayımız 21-ə yüksəldi. Araban düzündə münbit torpaqda bitən Araban sarımsağı kəskin iyi və qoxusu ilə digər sarımsaqlardan fərqli dada malikdir. Müvafiq qurumlarımızla əməkdaşlıq edərək coğrafi olaraq göstərilən məhsullarımızın sayını artırmağa çalışırıq və beynəlxalq sahədə təbliğ etməyə davam edəcəyik”.

Qaziantepin Antep paxlavası da daha əvvəl Aİ-dən coğrafi göstərici qeydiyyatı almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə