...Monqolustan yarım əsrin ən soyuq qışını yaşayır. Bu səbəbdən iri mal-qara itkisi baş verir ki, bu da öz növbəsində ölkənin əsas əhalisi olan çobanları aclıq təhlükəsi ilə üz-üzə qoyur. 7000-dən çox ailə hazırda ərzaqdan məhrumdur, Qırmızı Xaç bildirir və proqnozlar vəziyyətin yaxın gələcəkdə daha da pisləşəcəyini göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, noyabr ayından etibarən Monqolustanda güclü qar yağımı və təxminən -30-40 dərəcə şaxtalar hökm sürür. Otlaqlar qar və buzla örtülüdür. Keçilər, qoçlar və atlar qidalana bilmədikləri üçün kütləvi şəkildə ölürlər.
....Qırmızı Xaç Komitəsinin hesablamalarına görə, artıq 4,7 milyon baş mal-qara tələf olub. Ən azı 2250 kəndli ailəsi sürülərinin 70 faizdən çoxunu itirib.
...Temperaturun qəfil dəyişməsi və şiddətli şaxtalar nəticəsində çöllərin qalın qar təbəqəsi və ya buz qabığı ilə örtülməsi, heyvanların otlaq və suya çata bilməməsi təbii fəlakətə Monqolustanda “zud”, yəni ərzaq çatışmazlığı deyilir.
Heyvanların aclıqdan və susuzluqdan kütləvi ölümü çobanlar üçün fəlakətə çevrilməkdədir.
Qeyd edilməlidir ki, Monqolustanda onların sayı 300 mindən çoxdur. Belə ki, onlar ənənəvi həyat tərzi sürürlər və mal-qara onlar üçün həm öz qidaları, həm də yeganə gəlir mənbəyidir.
Deyilənlərə görə, Monqolustanda “zud” nadir hadisədir, lakin son on ildə daha çox yayılıb.
Təbii ki, bu, qlobal iqlim dəyişikliyi ilə bağlıdır. BMT-nin hesablamalarına görə, son 80 ildə Monqolustanda orta illik temperatur Selsi üzrə 2,46 dərəcə artıb.
Bölgədə yay getdikcə isti və quraq keçir, qış isə soyuq və qarlı olur ki, bu da insanlar və heyvanlar üçün son dərəcə əlverişsiz şərait yaradır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB