Türkiyə Silahlı Qüvvələri bir təhlükəli terrorçunu da zərərsizləşdirib
İraqın şimalındakı Qəndil bölgəsində separatçı terror təşkilatı PKK-nın 4 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada terrorun mənbəyində məhv edilməsi istiqamətində əməliyyatların fasiləsiz davam etdiyi bildirilib.
"İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 4 PKK terrorçusu Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Əməliyyatlarımız qətiyyətlə davam edəcək'',-açıqlamada vurğulanıb.
Milli Kəşfiyyat Təşkilatı Qamışlıda həyata keçirdiyi əməliyyatda terror təşkilatı PKK/YPG-nin rəhbərlərindən biri olan ''Seyro Kod'' ləqəbli Halil Tekini zərərsizləşdirib.
Bildirilib ki, 2007-ci ildə separatçı terror təşkilatı PKK/YPG-nin sıralarına qoşularaq Suriya və İraqda terror fəaliyyətləri ilə məşğul olan Tekinin özü kimi terror təşkilatına üzv olan atası İbrahim Tekin də 1992-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB