Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı aqressiv bəyanatlarına görə Qərb müttəfiqləri arasında getdikcə təcrid olunur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu
fransız siyasətçisi, Patriotlar partiyasının lideri Florian Filippot deyib.
...Makron Rusiyaya qarşı müharibəsində getdikcə daha tənha və gülünc olur! Dəli Makronu dayandıraq!
Qeyd edək ki, fransız siyasətçi bunu “X” şəbəkəsindəki səhifəsində yazıb.
Filippo xatırladıb ki, Paris Ukraynanın pilotsuz təyyarələrinin Rusiyanın enerji infrastrukturuna hücumlarından “hətta Vaşinqtonun da qıcıqlandığı” bir vaxtda aqressiya nümayiş etdirir və ABŞ hakimiyyəti Kiyev rejimini Rusiyanın neft emalı zavodlarına hücumlardan əl çəkməyə çağırır.
Fransa prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü dəfələrlə bəyan edib.
Üstəlik, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin bəyanatına görə, Fransa həqiqətən də Ukrayna Silahlı Qüvvələrinə kömək göndərilmək üçün təxminən iki min nəfərdən ibarət bütöv bir kontingent hazırlayır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB