NATO alyansın Rusiya ilə münaqişəyə hazır olduğunu bəyan edib

NATO alyansın Rusiya ilə münaqişəyə hazır olduğunu bəyan edib

...NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyans özünü Rusiya ilə münaqişəyə tam hazır hesab edir. SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

...Bauer əlavə edib ki, münaqişələrə hazır olmaq NATO-nun əsas vəzifələrindən biridir.

...Biz hazırıq? Cavab bəli! Hazır olmaq bizim əsas vəzifəmizdir. Əgər bu gün baş verirsə, o zaman əlində olanla mübarizə aparmalısan. Bu, həmişə bu günə hazır olmaq və eyni zamanda gələcək üçün imkanları təkmilləşdirməyin birləşməsidir.

Bunu deyən komitə rəhbəri hazırda Ukraynada NATO hərbçiləri olmadığını və alyansın hələlik onları yerləşdirmək üçün heç bir planlarının olmadığını da bildirib.

...Ancaq ayrı-ayrı ölkə burada qoşun yerləşdirmək qərarına gəlsə, o, başa düşməlidir ki, bu, alyansın qalan hissəsi ilə əlaqəli olacaq.

Bunu da Bauer əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə